Dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə MÜRACİƏT

 
Dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
MÜRACİƏT
 
O Bir Olan Yaradanın adı ilə!
 
Müqəddəs Qurani-Kərimin Ə’raf surəsinin 85-ci ayəsinin təfsirində:        
«Allah-Təalanın bəşər üçün mükəmməl şəkildə xəlq etdiyi
Yer üzündə fitnə-fəsad, qətliam törətməyin, qan tökməyin,
 Tanrının yaratdığı həyatı, insanı məhv etməyin» - deyə əmr olunur.
 
 
       Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 25-ci ildönümü ərəfəsində biz, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.
       Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın  etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişdir. Erməni silahlı quldurlarının təcavüz etdiyi həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə yeksan edilmiş, əhalinin 150 nəfəri itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.
       Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalmış, erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.
       İyirmi beş il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməmişdir. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.
       Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə, hümanitar fəlakətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır.
       Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı olmazın işgəncələr tətbiq edir, meyidlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır.
      Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın ərazi bütövlüyünün Ali Baş Komandanımızın rəhbərliyi ilə bərpası  yönündə səylərin uğurla nəticələnməsinə inanır və onun üçün dualar edir, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tuturuq. Bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyən hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq.
      Qoy Uca Yaradan hamımıza savab əməllərdə, həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!
 
Şeyxülislam Allahşükür PAŞAZADƏ,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
 
ALEKSANDR,
Bakı və Azərbaycan Arxiyepiskopu
 
Melih YEVDAYEV,
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
 
Robert MOBİLİ,
Azərbaycandakı Alban-udin xristian icmasının sədri
 
 
 
 
 
APPEAL
To the World's Religious Leaders,
Parliaments, International Organizations,
The European Court of Human Rights.
 
 
In the Name of the Great Creator!
 
«Almighty Allah has commanded
not to discord the Earth, perfectly created for
Humankind, not to kill, not to shed blood,
not to kill the Life and the Human,
generated by the Creator"
Tafseer of the verse 85, Surah Al-Araf, The Holy Quran
 
 
 On the eve of the 25th commemoration of the Genocide committed against the town of Khojaly, located in Karabakh, Azerbaijan, we reiterate our appeal to the entire International Community, irrespective of religion, language, race or nationality.
 
The Historical fact evidences that on the night of February 25th to 26th, 1992, the Armenian invaders, supported by their protectors, attacked suddenly the town of Khojaly and committed ruthless massacre of peaceful unarmed civilians. That night, the armed Armenian bandits brutally killed 613 people, among them the elderly, the children, and the pregnant women. Khojaly was razed to ground, 150 persons were missing, 1275 people captured to be severely tortured, unthinkable outrage was committed on the bodies of brutally murdered people.
 
At its core, the Khojaly tragedy is on a par with the Holocaust, Guernica and Katlyn genocides. As result of Armenian aggression, Azerbaijani people were subjected to ethnic cleansing, physical and moral terror in their own homeland. Armenian extremists occupied 20 per cent of our territories, banished more than one million of our compatriots from their native home places, and destroyed our historical, religious and cultural monuments and relics, committing acts of vandalism in the occupied Karabakh lands. The intentional act of genocide committed in Khojaly became culmination point of Armenian atrocities.
Although 25 years have passed, the crimes of Armenian terrorists remain unpunished, and the four well-known UN Security Council resolutions unimplemented. Despite objective approach of a number of Countries in the World and International Organizations to reiterated appeals of Azerbaijan to the International Community and acknowledgement of genocide in Khojaly by them, unfortunately, there also are those who neglect this horrific crime.
At the heart of acts of violence, terror and extremism, committed in the World today, are double standards and dangerous trends of racism, anti-Semitism, xenophobia and Islamophobia, which appear in approach of some states, organizations and religious leaders to the existing problems. As long as acts of genocide, including the Khojaly tragedy, will remain without an adequate assessment because such an approach, this will provoke new humanitarian disasters, crimes against humankind, and create grounds for further acts of genocide, terrorism, extremism and separatism over the World.
 
Dismissive approach towards this aggression against Azerbaijan, the subsequent problem of one million refugees and displaced people, and impunity of Armenian extremists after the banishment of our compatriots from their own homes, is encouraging the Armenian side not only to continue their provocations, but also to capture our compatriots, who pay visits to the graves of their relatives, resting in their home lands, to torture them inhumanly, even to ignore the requirements of the International Conventions on the return of the bodies of the killed persons.
We, the leaders of the various religious faiths, living in Azerbaijan, believe that the territorial integrity of our Country will be certainly restored with the efforts, led by the Supreme Commander of Azerbaijan, and we offer up our prayers for that. We greatly honor the blessed memory of those who lost their lives in the name of liberation of Karabakh, and those who died martyrs in Khojaly. Each of us, who wants peace, happiness, security and prosperity for the peoples of the World, has a sacred duty to the Almighty Creator, in the name of Conscience and in the name of Humanity - to achieve Justice.
Appealing once again to the Religious Leaders, Parliaments, International Organizations and the European Court of Human Rights, we call them to give a principled political and legal assessment of the aggression and the acts of atrocities committed by Armenian extremists against the Azerbaijani people, to recognize the crimes committed in Khojaly as Genocide.
May the Almighty Creator bless all of us in our good deeds, and help us to distinguish the truth from the false, and to be fair.
AMEN!
 
Sheikh-ul Islam Allahshukur PASHAZADEH
The Chairman of Caucasus Muslims` Board
 
ALEXANDR
                                                      The Archbishop of Baku and Azerbaijan
 
Melih YEVDAYEV
                                                            The Head of the Community of Mountain Jews in Azerbaijan
 
Robert MOBILI
                                                                  The Head of the Albanian-Udi Christian Community Community
in Azerbaijan
 
 
 
 
 
 
Воззвание
 к религиозным лидерам, парламентам, международным организациям и в Европейский суд по правам человека
 
Именем Единого Творца!
 
 «Всевышний Аллах повелевает не сеять
на безупречно сотворенной для человека
Земле смуту и раздор, не убивать,
не проливать кровь, не уничтожать
сотворённых Им жизнь и человека».
Тафсир аята 85 суры Аль-Араф
Священного Корана
 
 
В канун 25-й годовщины геноцида, совершенного против мирных жителей города Ходжалы, расположенного в Карабахе, Азербайджан, мы вновь обращаемся с воззванием ко всей мировой общественности, независимо от религиозной, языковой, расовой и национальной принадлежности.
Исторический факт свидетельствует, что в ночь с 25 на 26 февраля 1992 года армянские оккупанты при поддержке своих покровителей совершили внезапное нападение на город Ходжалы и безжалостно подвергли его безоружное мирное население массовому истреблению. В ту ночь вооруженными армянскими бандитами с особой жестокостью было убито 613 человек, среди которых были старики, дети, беременные женщины. Ходжалы был стерт с лица земли, 150 его жителей пропали без вести, 1275 человек захвачены в плен и подверглись жестоким пыткам, над телами зверски убитых мирных жителей были совершены немыслимые надругательства.
По своей сути Ходжалинская трагедия стоит в одном ряду с Холокостом, геноцидами в Гернике и Хатыни. В результате армянской агрессии азербайджанский народ подвергся на своей родной земле этнической чистке, материальному и моральному террору. Армянские экстремисты оккупировали 20% территорий нашей страны, лишили родного крова более миллиона наших соотечественников, уничтожили религиозные и культурные памятники, совершив на захваченных карабахских землях акты вандализма. Целенаправленный акт геноцида, учиненный в Ходжалы, стал кульминационной точкой в череде армянских зверств.
С тех пор прошло 25 лет, однако преступления армянских террористов до сих пор остаются безнаказанными, а известные 4 резолюции Совета Безопасности ООН - невыполненными. Несмотря на то, что ряд государств мира, а также международных организаций объективно подошел к многократным обращениям Азербайджана и признал геноцид в Ходжалы, к сожалению, остаются и такие, кто пренебрежительно относится к этому ужасающему преступлению.
В основе происходящих сегодня в мире актов насилия, террора и экстремизма лежат двойные стандарты и такие опасные тенденции, как расизм, антисемитизм, ксенофобия, исламофобия, наблюдающиеся в подходе некоторых государств, организаций и религиозных лидеров к существующим проблемам. То, что учиненные акты геноцида, в том числе, Ходжалинский, не получают по причине такого подхода достойной оценки, подталкивает к новым преступлениям против человечества и гуманитарным катастрофам, создает почву для новых актов геноцида, террора, экстремизма и сепаратизма в различных точках планеты.
Пренебрежительность, с которой относятся к агрессии против Азербайджана, повлекшей за собой проблему миллиона беженцев и вынужденных переселенцев и безнаказанность армянских экстремистов, изгнавших наших соотечественников с их исконных земель, поощряет армянскую сторону не только продолжать свои провокации, но и захватывать в плен или в заложники наших соотечественников во время посещения могил своих родственников, покоящихся в их родных краях и подвергать их нечеловеческим пыткам, уклоняться даже от выполнения требований международных конвенций по возврату тел убитых.
Мы, деятели различных религиозных конфессий, проживающие в Азербайджане, уверены, что территориальная целостность страны непременно будет восстановлена благодаря усилиям, прилагаемым во главе с Верховным Главнокомандующим Азербайджана, и возносим во имя этого свои молитвы. Мы высоко чтим светлую память тех, кто отдал свою жизнь во имя освобождения Карабаха, тех, кто пал смертью мученика в Ходжалы. Перед каждым из нас, кто желает народам планеты мира, счастья, безопасности и процветания, стоит святой долг перед Всевышним – добиться восстановления справедливости.
Обращаясь вновь к религиозным лидерам, парламентам, международным организациям и Европейский суд по правам человека, мы призываем их дать принципиальную политическую и юридическую оценку актам агрессии и зверствам, учиненным армянскими экстремистами против азербайджанского народа и признать преступления, совершенные в Ходжалы, актом геноцида.
Да поможет всем нам Всевышний Создатель совершать благие деяния, различать истину от неправды и быть справедливым. Аминь!
 
Шейх-уль-ислам Аллахшукюр ПАША-ЗАДЕ
Председатель Управления Мусульман Кавказа
 
АЛЕКСАНДР
Архиепископ Бакинский и Азербайджанский
 
Милих ЕВДАЕВ
Глава общины горских евреев Азербайджана
 
Роберт МОБИЛИ
 
Глава Албанской-Удинской христианской общины Азербайджана
 

Oxunub : 2210