Mərakeş parlamentinin sədri Şeyxülislam Həzrətlərinə təşəkkür məktubu ünvanlayıb

 
Mərakeş Krallığının parlamenti nümayəndələr palatasının sədri Raşid Ət-Talibi Əl-Elmi Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə Qurban bayramı münasibətilə göndərdiyi təbriknaməyə görə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:
 
“Möhtərəm Allahşükür Paşazadə həzrətləri!
 
Mübarək Qurban bayramı mönasibətilə mənə göndərdiyiniz təbriknamənizi aldım. Bu xoş fürsətdən istifadə edərək Sizə öz səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Uca və Qadir Allahdan arzu edirəm ki, Sizi və yaxınlarınızı neçə belə bayramlara xoşbəxtlik və xeyir-bərəkət içində çatdırsın, ölkələrimizə və bütün İslam ümmətinə tərəqqi və çiçəklənmə bəxş etsin.
Neçə belə bayramlara çatasınız!
 
Nümayəndələr palatasının sədri      Raşid Ət-Talibi Əl-Elmi”
 
 
 

Oxunub : 1171