Çeçenistan Respublikasının Başçısı Şeyxülislam Həzrətlərinə təbrik məktubu göndərib.

 
 Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə Qurban bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:
 
“Hörmətli cənab Paşazadə!
 
Qurban bayramı bütün dünya müsəlmanlarının böyük bayramıdır, İslam dünyasında Məkkəyə Həcc ziyarətini tamamlayan və ən çox dəyər verilən bayramlardan biridir.
Əsrlər boyu Qurban bayramı özündə dərin yaradıcı məna daşıyır. Bu bayram hər bir müsəlman ailəsində ehtiramla qeyd edilən bayramdır.
Nurlu Qurban bayramı münasibətilə Sizə daha da möhkəm iman, daha da mənəvi paklıq, sülh və əminamanlıq arzulayıram.
 
Hörmətlə,
 
Çeçenistan Respublikasının Başçısı
vəzifəsini müvəqqəti yerinə yetirən                                                                  R.A. Kadırov”
 

Oxunub : 1259