Tədbirlər
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 20 ili tamam olur. Bu münasibətlə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın iqamətgahında mərasim keçirilib. Tədbirdə ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə «Vicdana çağırış» Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün bu təşkilatın təsisçisi və prezidenti Ravvin Artur Şnayerin dəvətilə ABŞ-ın Nyu-York şəhərində rəsmi səfərdə oldu.
“Dini və milli tolerantlıq-millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda keçirilən Beynəlxalq Forumda iştirak etmək üçün Bakıya gələn nümayəndələrin bir qrupu ilə sentyabrın 15-də Qafqaz Müsəlmanları İdarəsində görüş olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 6-da Qax rayonunda səfərdə olub. Səfərdə onu QMİ Elmi-Dini Şurasınin sədri akademik Vasim Məmmədəliyev başda olmaqla Şura üzvləri, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və b. müşayiət etdilər.
Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycana təşrif buyurmuş İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfərinin ikinci günü — sentyabrın 1-də Təzəpir məscid-kompleksinə gəldi.