Sülh və Əməkdaşlıq Konfransı - VİDEO

Azərbaycanın multikultural modeli Avropaya nümunə olaraq göstərilib
25.06.2022
İyunun 24-də Avstriyanın paytaxtı Vyana şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Avtriyadakı Səfirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Sülh və əməkdaşlıq naminə dinlərarası dialoqun təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə onlayn formatda açan BMT-nin Sivilizasiyalararası Alyans üzrə Ali Nümayəndəsi Migel Anhel Moratinos multikultural dəyərlər, dinlərarası dialoqun vacibliyindən danışdı. Konfrans iştirakçılarına uğurlar dilədi.
Daha sonra söz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə verildi. Azərbaycanın 30 ildən sonra torpaqlarını işğaldan azad etməsi, Cənubi Qafqazda yeni reallıqların yarandığını qeyd edən Bütün Qafqazın Şeyxi işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimiz barədə danışdı.
Konfransın panellərində Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla Türkiyənin Din İşləri Ali Şurasının üzvü Halis Aydemir, Dinlərarası Pontifik Şurasının islam departamentinin direktoru Xalid Akaşeş, Avropa Türkləri Müsəlmanları Birliyinin rəhbəri Sərdar Çələbi, UNESCO-nun Mədəniyyət Diplomatiyası üzrə xüsusi nümayəndəsi və başqa natiqlər çıxış etdilər.
Azərbaycan bizim üçün multikulturalizm və dinlərarası dialoqun olduğu torpaqdır. Mən bu multikuıtural tədbirin bir parçası olmaqdan qürur duyuram. Biz burada Xorvatiyanı təmsil edirik. Təkcə Cənubi Qafqada deyil, eləcə də dünyanın bir sıra ərazilərində münaqişə olcaqlarının şahidi olmuşuq. Biz birlikdə, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bu münaqişələrin sülh yolu ilə həllinə öz töhfələrimizi verməliyik. Azərbaycanın rəhbərliyi dinlərarası dialoqun təbliğinə böyük üstünlük verir. Bu, təqdirəlayiq haldır. Dinləararası dialoq konfransı bizim üçün sülhə çaöırış dəyərlərinin təbliği baxımından çox vacibdir.
Mən burada Vatikanı təmsil edirəm. Konfransın əsas məqsədi sülhdür. Biz bunun üçün buradayıq. Dinlərarası və məıdəniyyətlərarası dialoq naminə bura yığışmışıq. Bəli bu gün biz bir sıra gərginliklər yaşayırıq. Bacı-qardaşlarımızı eşidib, onların yanında olmalıyıq. Biz sülhü təbliğ etməli, onu inkişaf etdirməliyik. Biz birlikdə bu sülhü qoruya bilərik.
Daha sonra Azərbaycanın maddi-mədəni irsini, dini abidələrini özündə əks etdirən sərginin açılışı oldu. Açılışdan sonra Azərbaycanda fəaliyyət göstərən dini kofessiya rəhbərlərinin iştirakı illə panel keçirildi.
Qeyd edək ki, “Sülh və Əməkdaşlıq naminə dinlərarası dialoqun təbliği” beynəlxalq konfransı dünyada sülh və əməkdaşlıq perspektivlərinin müzakirəsi naminə Azərbaycanın təşəbbüsü əsasında keçirilir.
 

Oxunub : 3244