Vyanada “Sülh və əməkdaşlıq” konfransı

24.06.2022
Tədbirdə Azərbaycanın əməkdaşlıq çağırışları müzakirə olunur
İyunun 24-də Avstriyanın paytaxtı Vyana şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Avtriyadakı Səfirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin  təşkilatçılığı ilə “Sülh və əməkdaşlıq naminə dinlərarası dialoqun təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir.
REAL-ın Avstriyada olan əməkdaşı xəbər verir ki, konfransı giriş sözü ilə onlayn formatda açan BMT-nin Sivilizasiyalararası Alyans üzrə Ali Nümayəndəsi Migel Anhel Moratinos multikultural dəyərlər, dinlərarası dialoqun vacibliyindən danışıb, konfrans iştirakçılarına uğurlar diləyib.
Daha sonra söz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə verilib. Azərbaycanın 30 ildən sonra torpaqlarını işğaldan azad etməsi, Cənubi Qafqazda yeni reallıqların yarandığını qeyd edən Bütün Qafqazın Şeyxi deyib: “Hal-hazırda dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa edir, yandırılmış torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparır, Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir. Təəssüflər olsun ki, Azərbaycan bu istiqamətdə səy göstərərkən Ermənistanda yenə də revanşizm, nifrət çağırışları səslənir. Mən buradan çağırış etmək istərdim ki, erməni din xadimləri və Ermənistan cəmiyyəti öz xalqını dinc yanaşı yaşamağa, sülh quruculuğu işinə təşviq etsinlər, Uca Yararadanımızın buyurduğu yöndə səy göstərsinlər”. 
Qeyd edək ki, konfransın birinci panelinə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə moderlatorluq edirdi. Birinci paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla Türkiyənin Din İşləri Ali Şurasının üzvü Halis Aydemir və başqa natiqlər çıxış etdilər. Kamal Abdulla öz çıxşında  Azərbaycanda əsrlərboyu höküm sürən unikal muştikultural dəyərlərdən danışdı. Qeyd edək, konfras çərçivəsində 3 panelin keçirilməsi nəzərdə tutulub. Konfransda Azərbaycan nümayəndə heyətini həmçinin də ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini konfesisyaların rəhbərləri də təmsil edir.
 
 
 

Oxunub : 3531