Arxiyepiskop Klaudio Qucerottidən Şeyxülislam həzrətlərinə təşəkkür məktubu

 
21.02.2022
Apostolik Nunsiatura
London şəhəri
 
 
Möhtərəm Allahşükür Paşazadə həzrətləri,
 
          Mən daima Sizi böyük fərəh və dərin ehtiramla xatırlayıram. Mənə, məndən sonra gələnlərə və katolik icmasına göstərdiyiniz yardım və dəstəyə görə də Sizə çox minnətdaram.
         Yeni ildə Sizə can sağlığı, güc-qüvvət və ali fəaliyyətinizdə ən gözəl nəticələr arzulayıram.
         Romaya səfəriniz və Zati-müqəddəsləri Papa Fransisk ilə görüşməyiniz münasiətilə Sizi təbrik edirəm. Ümid edirəm ki, bu görüş sülh və qarşılıqlı əməkdaşlığın daha da vüsət tapmasına təkan verəcəkdir. Zati-Müqəddəsləri Papa II İohan Pavlın vəzifəsini təhvil verməsindən əvvəl son ziyarətlərindən biri olan ölkənizə onunla birgə səfərimizi və həmin xoşbəxt vaxtları böyük məmnuniyyətlə xatırlayıram.
         Əminəm ki, bizim ortaq dostumuz, ölkəsinini sevən, başçılıq etdiyi icmaya böyük müdrikliklə rəhbərlik etməyi bacaran uzun illər Pravoslav Kilsənin Azərbaycandakı müdrik və xeyirxah dini rəhbəri Arxiyepiskop Aleksandrı qəlbinizdə yaşadırsınız.
         Ən yaxın zamanda, yeni missiya məkanım London şəhərində olsa belə, yenidən Sizi görəcəyimi ümid edirəm. Sizinlə görüşməyə, əməkdaşıq imkanlarına, Sizin son dərəcə qiymətli olan təcrübə, müdriklik və səmimiyyətinizə görə dərin minnətdarlığımı ifadə edirəm.
 
         Hörmətlə,
         Arxiyepiskop Klaudio Qucerotti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad zəruridir!

Oxunub : 4700