Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Xocalı soyqırımı abidəsini ziyarət etdi

QMİ sədri və dini konfessiyaların rəhbərləri “Ana fəryadı” abidəsini ziyarət ediblər
26.02.2021
          Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış «Ana fəryadı» abidəsini ziyarət ediblər.
          Din xadimləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciə qurbanlarının abidəsinin önünə tər çiçəklər düzdülər, faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, onların ruhları üçün dualar etdilər.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir
 
 
 

Oxunub : 5662