"Şuşi" dən "Şuşa" ya

 
 
01.12.2020
(Livanlı yazıçı-alim Məhəmməd Səmmakın Birləşmiş Ərəb Əmirliklərində dərc olunan “Əl-İttihad” qəzetində çıxan məqaləsi.)
1988-ci ildə ilk müharibə keçmiş Sovet İttifaqının tərkibində olan iki qonşu ölkə - Azərbaycan və Ermənistan arasında baş verdi. O müharibədə Ermənistan qalib gəldi. Yüz minlərlə Azərbaycanlı Dağlıq Qarabağ bölgəsindən didərgin düşdü və yüz minlərlə erməni buraya köçdü. Beləliklə, demoqrafik mənzərə dəyişdi: erməni əksəriyyətinin yaşadığı bir Azərbaycan torpağı.
Beynəlxalq birlik işğalın qanuniliyini tanımadı və bu səbəbdən də Ermənistan işğal etdiyi əraziləri ilhaq edə bilmədi. Demoqrafik kimliyini dəyişdirməyi bacardı, ancaq Azərbaycanın milli kimliyini dəyişdirə bilmədi. Etdiyi yeganə şey, vaxt keçdikcə bir fəsad törətmək üçün erməniləri orada yerləşməyə təşviq etmək idi. Beləliklə, Şimali Azərbaycan bölgəsi vaxt bombasına çevrildi. Şuşa dağlıq yüksəkliklərdə strateji bir yer tutan Azərbaycan şəhəri idi, buna görə ermənilər onu “Şuşi”yə çevirdilər. İndi Azərbaycan qüvvələri onu azad etdikdən sonra əvvəlki adını qaytardı. Ad dəyişikliyi iki ölkə arasındakı qarşıdurmanın hekayəsini özündə cəmləşdirir. Ancaq problem bununla başlamadı. Bununla da bitməyəcək.
Birləşmiş Millətlər Təşkilatının erməni işğalının qanuniliyini tanımamasının çətiri altında Azərbaycan Prezidenti Əliyev torpaqların azad edilməsi prosesinə başladı. Rusiyanı və Türkiyəni özünə sürükləyən, hər iki tərəfdən beş min əsgərin və yüzdən çox mülkinin həlak olmasına, bir çox şəhər və kəndlərdə geniş dağıntılara səbəb olan qanlı döyüşlər baş verdi.
Azərbaycanlılar 1988-ci ildə birinci müharibəni uduzduqları və torpaqlarının böyük ərazilərini itirmə həqiqətinə tabe olmaq məcburiyyətində qaldıqları kimi, ermənilər də bu il ikinci müharibəni altı həftəlik döyüşlərdən sonra itirdilər və məcbur qaldılar ki, Rusiyanın bölgəyə yerləşməsi ilə, Azərbaycanın işğal altındakı torpaqlarını bərpa etmək hüququnun yeni faktiki qaydasına tabe olsunlar. Azərbaycan dünya hərbi güc sıralamasında 64-cü, Ermənistan isə 111-cidir.
Erməni cəmiyyəti şoka dözmədi: insani və maddi itkilər, hərbi məğlubiyyətin diktə etdiyi tamamilə geri çəkilmə. Rus nizamlanması çərçivəsində geri çəkilmə şərtlərini qəbul etdiyi üçün baş nazirə qarşı çevriliş cəhdi edildi. Ancaq cəhd uğursuz oldu. Ermənistan rəhbəri, hərbi qüvvələrinin ağır məğlubiyyətə uğradığını və siyasi bir həll yolu ilə Azərbaycanlı qüvvələri tərəfindən mühasirəyə alınan minlərlə erməni əsgərinin həyatını xilas edəcəyini anlamasaydı, bununla razılaşmazdı.
Beləliklə, Azərbaycan ermənilərin geri çəkilərkən yıxdıqları və yandırdıqları şəhər və kəndləri özlərinə qaytardılar ki, bu da qələbə sevincini yenidənqurma və məcburi köçkünlərin geri qayıtmaları üçün ağır maliyyə və iqtisadi yükə çevrildi.
Azərbaycan öz torpaqları üzərində öz suverenliyinin bərpasını qazandı, Rusiya vasitəçi rolunda qalib gəldi və keçmiş Sovet İttifaqının süqutundan və dağılmasından sonra çəkildikdən sonra qüvvələrini Cənubi Qafqaza qaytarmağa nail oldu. Bu bölgə neft və qaz boru kəmərlərinin Şərqdən Qərbə keçməsi üçün vacib bir regiondur. Çinin başlatdığı İpək Yolu və hətta Türkiyənin Orta Asiya ölkələrinə doğru davamlı meylləri üçün də vacibdir.
Bütün bunlar, prezident seçkilərinin səs-küyünə batmış ABŞ-ın, Covid-19 (Corona) epidemiyasının yayılmasının təsirləri altında qalmış Avropa Birliyinin yoxluğunda baş verdi.
Bir əsrdən çox bir müddətdə və konkret olaraq 1920-ci ildən bəri, bu gün Rusiya və Türkiyə qüvvələri Rusiya və Osmanlı imperiyaları arasında qanlı qarşıdurmaların mərkəzi olan bu strateji bölgədə eyni düşərgədə yan-yana dayanırlar. Tarixdə bir dəfə də olsun Vladimir Lenin və Mustafa Kamal Atatürk arasında fikir birliyi xaricində belə bir şey görülmədi. O da ki, II Dünya Müharibəsi ilə süqut etmişdi.
Beləliklə, 9 Noyabr 2020 tarixi Cənubi Qafqazdakı bu strateji bölgənin tarixində bir mərhələdir. Ermənistan-Azərbaycan nizamlanması Azərbaycana bölgədəki strateji rolunu qaytardı. Bununla belə, nizamlanma sadəcə Rusiya və Türkiyə qüvvələrini bölgəyə qayıtmasına deyil, eyni zamanda Bakının bölgədə yeni, inkişaf etmiş rol oynadığı yeni bir balansın yaranmasına gətirib çıxartdı.
Rusiyanın Ermənistan və Azərbaycan arasında nizamlama formulu öz əksini tək bir səhifədə tapmışdır. Bununla belə, nizamlanmanın nəticələri, siyasi və strateji aspektlərini əks etdirmək üçün hələ çox sayda cildlərə ehtiyac olacaq.
Məhəmməd Səmmak
 
Məqalənin müəllifi haqqında:
Livan əsilli yazıçı-alim, İslam mütəfəkkiri, ictimai xadim, beynəlxalq müstəvidə dinlərarası dialoq üzrə aparıcı fəallardan biri doktor Məhəmməd Səmmak 1936-cı ildə anadan olub. Livanın Müsəlman-Xristian Dialoq komitəsinin baş katibi, KAICIID Beynəlxalq dinlərarası və Mədəniyyətlərarası Dialoq mərkəzinin direktorlar şurasının üzvü, Livan müftisinin müşaviridir. 2017-ci ildən başlayaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə keçirilən bütün beynəlxalq dinlərarası konfransların dəyişməz iştirakçısıdır. 2019-cu il noyabr ayında Bakıda keçirilən dünya dini liderlərinin II Sammitinin moderatoru olub.
Doktor Səmmak çoxmillətli, çoxkonfessiyalı tərkibi ilə bilinən Livanda və Yaxın Şərq regionunda Azərbaycan həqiqətlərini ardıcıl olaraq yayımlayan bir ictimai-siyasi xadim kimi tanınır.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 6826