İstanbulda İslam Əməkdaşlıq Təşkilatının dini liderlərinin iclası keçirilib

 
20.10.2020
 
İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında iclası keçirilib.
 Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaşın təşəbbüsü ilə keçirilən videokonfransda hazırda İstanbulda olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
İclasda çıxış edən Allahşükür Paşazadə İƏT-ə üzv ölkələrin dini liderlərinə Qarabağdakı mövcud vəziyyətlə bağlı məlumat verib.
Qeyd edək ki, tədbirdə dünyanın 60 ölkəsindən nümayəndələr iştirak edir.
 
 

Oxunub : 1182