QMİ Sədri Macarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Viktor Sederkenyini qəbul etdi.

 
 
06.03.2020  
 Martın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Macarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Viktor Sederkenyini qəbul etdi.
  Səmimi şəraitdə keçən görüşdə Azərbaycan-Macarıstan dini-mənəvi, tarixi əlaqələri barədə fikir mübadiləsi aparıldı. Dini Liderlərin II Bakı Sammitində Macarıstanın müxtəlif konfessiyadan olan din xadimlərinin iştirakını məmnunluqla xatırlandı.
  Görüş zamanı QMİ nəzdində fəaliyyət göstərən Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi xətti ilə bu ilin payızında keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans barədə fikir mübadiləsi aparıldı.
 
            Sonda qonağa xatirə hədiyyəsi və QMİ-nin fəaliyyətinə dair albom-kitablar təqdim edildi, xatirə şəkli çəkdirildi.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 

Oxunub : 181