Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının XXI sessiyası keçirilib

 
20.02.2020. Ər-Riyad
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının XXI sessiyasında iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.
Dünən öz işinə başlayan sessiyada gündəlikdə duran məsələlər, o cümlədən, bu ilin oktyabrında  ayına Ər-Riyadda keçiriləcək Dinlərarası Foruma hazırlıq məsələləri müzakirə olunub.
Sessiyada çıxış edən Şeyxülislam A. Paşazadə Direktorlar Şurasının  üzvlərinə bu ilin payızında Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin (BCİC) Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək irimiqyaslı beynəlxalq dinlərarası əməkdaşlıq konfransı barədə geniş məlumat verib. Daha sonra QMİ sədri sessiya iştirakçılarının suallarını cavablandırıb.
Direktorlar Şurasının üzvləri faydal müzakirələr aparıb, təkliflərini veriblər.
Bu gün Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri ilə bir sıra görüşlər  keçirəcək.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 

Oxunub : 258