"Şəbnəm" qızlar İslam Kollecində 20 yanvar tədbiri keçirilib

Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Bu münasibətlə hər il olduğu kimi bu il də şəhidlərimizlə bağlı  Şəbnəm İslam Kollecinin müəllim və tələbə heyətinin birgə əməyi ilə tədbir həyata keçirildi. Respublikamızın dövlət himni ilə başlanan tədbir Qurani Kərimdən şəhidlər haqqında ayələrin oxunuşu ilə davam etdirildi. Sonra aparıcılar 20 Yanvar hadisələrinin gedişi haqqında məlumat verdilər: “O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev Cənabları siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyev cənablarının təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi…”
           Daha sonra o günləri xatırladan video çarx nümayiş etdirildi. Tələbələrin ifasında bu günə həsr olunmuş mahnı və şeirlər səsləndirildi. Kollecin tarix müəllimi 20 Yanvar hadisələrinin baş vermə səbəbləri, şər imperiyasının iç üzü və hadisələrin Azərbaycan xalqının taleyində oynadığı rol haqqında ətraflı danışdı.Tarix müəllimi Q. İlhamə çıxışında Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin 20 Yanvar hadisələrində göstərdiyi xidmətlərdən və şəhidlərimizin dəfn mərasimindəki təşkilatçılığından da ətraflı danışdı. Çıxışdan sonra “ 20 Yanvar” hadisələrini xarakterizə edən qısa sənədli film nümayiş etdirildi. Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin  şəhidlərin dəfn mərasimindəki çıxışı göstərildi. Proqram tələbələrin qərənfillərlə səhnəyə çıxıb “Şəhidlər” mahnısını səsləndirmələri ilə yekunlaşdı.

Oxunub : 249