Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam həzrətləri səfərə yola düşəcək

        
03.12.2019
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcəkdir.
Səfər zamanı QMİ sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən yubiley mərasimində iştirak edəcəkdir.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1132