Vyanada KAICIID-in Tərəflər Şurası ilə Direktorlar Şurasının birgə iclası keçirilib.

  
31 Oktyabr 2019
 
Oktyabrın 29-da QMİ sədri, Bakı Dinlər və Sivilizasiyalar arası əməkdaşlıq mərkəzinin (BDSƏM) Baş katibi Şeyxülislam Allahşükür Paşazadə KAICIID-in Vyana qərargahında Dialoq Mərkəzinin əsas idarəetmə orqanları olan Tərəflər Şurası ilə Direktorlar Şurasının birgə iclasında iştirak edib. İclasda Mərkəz tərəfindən təşkil olunmuş "Sözlərin gücü: Nifrət nitqinə qarşı dinin, medianın və siyasətin rolu" adlı konfrans öncəsi fikir mübadiləsi, habelə Mərkəzin son dövrdəki fəaliyyəti və gələcək planları müzakirə edilib.
Tərəflər Şurasında Avstriyanı Avropa İttifaqı, İnteqrasiya və Xarici İşlər üzrə Federal Nazirliyinin kabinet direktoru, səfir Dr. Gregor Koessler, Səudiyyə Ərəbistanını şahzadə Abdullah Bin Xalid Bin Sultan Bin Əbdüləziz Əl Səud,  İspaniyanı ölkənin xarici işlər nazirliyinin sülhməramlı tapşırıqlar üzrə böyük səfiri Juan Manuel González De Linares, Müqəddəs Taxt-Tacı isə Dinlərarası Pontifik Şurasının prezidenti kardinal Miguel Ayuso təmsil etdi.
Birgə iclasdan sonar KAICIID İdarə Heyətinin növbəti 21-ci Sessiyası baş tutdu. İdarə Heyətinin üzvlərinə KAICIID-in Mərkəzi Afrika Respublikasında, Myanma, Nigeriya və Ərəb regionundakı son fəaliyyəti,  proqram üzrə tərəqqisi barədə məlumat verildi. Sessiyada həmçinin KAICIID-in stipendiant proqramı və onlayn kurslar vasitəsilə potensialın artırılması səyləri kimi mövzular müzakirə edildi.
 
Direktorlar Şurası haqqında
Beynəlxalq Dialoq Mərkəzi (KAICIID) sülh və ədaləti təşviq etmək, zorakılıq aktlarına dindən sui-istifadə edərək haqq qazandırmaq hallarına qarşı mübarizə aparmaq, müxtəlif fərqli dini və mədəni qruplar arasında dialoqun təşviq edilməsi məqsədilə təsis olunmuş hökumətlərarası bir təşkilatdır. Mərkəz dünyanın beş əsas ənənəvi dini - İslam, Xristianlıq, Yəhudilik, Buddizm və Hinduizm dinlərinin nümayəndələrindən ibarət çoxdinli Direktorlar Şurası tərəfindən idarə olunur.
 
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə 2017-ci ildən KAICIID Direktorlar Şurasının üzvüdür.
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 157