Şeyxülislam həzrətləri Dr. Abdul Fattah Mashatla görüşmüşdür

 
29.08.2019
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Həcc və Ümrə nazirliyində görüş keçirmişdir. Həcc və ümrə nazirinin müavini Dr. Abdul Fattah Mashat Şeyxülislam həzrətlərini salamlayaraq bu cür ali qonağın ölkələrində səfərdə olduğundan qürur duyduğunu qeyd etmiş, aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaratdığını bildirmişdir.
Nazir müavini Həcc ziyarəti zamanı Məkkədə 5000 hotelin, 350000 hökümət işçisinin zəvvarlara xidmət etməsini dilə gətirmiş, hər 8 zəvvara 1 işçinin düşdüyünü bildirmişdir. Bu da ziyarət zamanı zəvvarların  rahatlığına və təhlükəsizliyinə hesablanmışdır. Hər il olduğu kimi bu il də bütün zəvvarlar rahat formada ölkəyə daxil olub, geri qayıda bilmişlər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də öz növbəsində nazir müavini səmimi salamlamış, Azərbaycanda mövcud olan dini vəziyyətdən, dini dözümlülük və tolerantlıq, multikultural dəyərlərə nümunə olan ölkəmiz barəsində ətraflı danışmışdır. Sovet dövründə Azərbaycanda yalnız fəaliyyət göstərən 17 məscid olduğu halda, bu gün 2000-ə yaxın məscidin inanclıların  öhdəsində olduğunu bunun ölkə başçısı cənab İlham Əliyevin siyasətinin bariz göstəricisi olduğunu dilə gətirmişdir. Sonda Şeyxülislam həzrətləri 14-15 noyabr 2019-cu il tarixində Bakı şəhərində keçiriləcək Dünya dini lidelərinin sammitinə dəvət etdi.
Səmimi şəraitdə baş tutan görüşdə qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini yüksək qiymətləndirən Dr. Abdul Fattah Mashat məmnuniyyətlə dəvəti qəbul edərək Bakıda keçiriləcək mötəbər tədbirdə işirak edəcəyini qeyd etdi.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 357