Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək



21.08.2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir.

Avqustun 22-də “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək. Tədbirdə ictimai-siyasi xadimlər, elm və mədəniyyət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı dini etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsindəki səmərəli xidmətlərindən bəhs olunacaq.

Oxunub : 991