Cənab Prezident İlham Əliyev Şeyxülislam həzrətlərini medalla təltif etdi

  
24.07.2019
 
  Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ali mükafat təqdim olundu.
 
  İyulun 24-də Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yubiley medalını Qafqaz Müsəlmanları İdarəsində şəxsən Şeyxülislam A. Paşazadəyə təqdim etdi və xoş arzularını bildirdi.
 
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2026