Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyanın ölkəmizə yeni təyin olunnmuş Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Bayerli qəbul etdi.

 
 28.01.2019
        Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın ölkəmizə yeni təyin olunnmuş Fövqəladə və Səlahiyyətli səfiri Bernd Aleksandr Bayerli qəbul etdi.
Səfiri səmimi salamlayan QMİ sədri Azərbaycanla Avropanın seçilən ölkələrindən olan Avstriya arasında bütün sahələr, o cümlədən, mədəni-mənəvi sahədə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi. O, Avstriyanın son zamanlar beynəlxalq səviyyədə dinlərarası əməkdaşlıq işinə böyük töhfələr verən dialoq məkanına çevrildiyini xüsusi vurğuladı. Azərbaycan dövlətinin son dövrlər dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq sahəsində aparıcı təşəbbüslər və ideyalar mərkəzi kimi tanınmasından, mədəniyyətlər və sivilizasiyalararası dialoqa dair qlobal əhəmiyyətli beynəlxalq forumların keçirildiyi ənənəvi ünvana çevrilməsindən fəxarət duyduğunu bildirən Şeyxülislam A. Paşazadə bu işlərdə dövlət başçımızın rolunu xüsusi vurğuladı.
  QMİ sədri 2017-ci ildə İdarə nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu istiqamətdə səy göstərdiyini bildirərək, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində dünyanın bir çox ölkələrində keçirilmiş beynəlxalq konfranslar barədə səfiri məlumatlandırdı.  
         Şeyxülislam A. Paşazadə bu yaxınlarda reallaşacaq çoxsaylı səfərləri sırasında Avstriyanın paytaxtı Vyana şəhərinə planlaşdırılan gedişini səfirin diqqətinə çatdırdı. QMİ sədri A. Paşazadə səfirə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi xəttilə bu ilin iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq konfrans barədə danışdı. Azərbaycan-Avstriya əlaqələri baxımından, habelə beynəlxalq dinlərarası dialoq istiqamətində böyük önəm kəsb edən bu konfransın ən yüksək səviyyədə baş tutması üçün səfirlik olaraq əllərindən gələn təşkilatı dəstəyi əsirgəməyəcəklərini bildirən Avstriyalı səfir QMİ sədrinə səmimi qəbul üçün minnətdarlığını bildirdi.
         Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrın da iştirak etdiyi görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olundu.      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 *Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1293