Şəbnəm kollecində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

 13.12.2018
 
Respublikamızın hər yerində olduğu kimi Şəbnəm (qızlar) Kollecində də  Dekabrın 12-si, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu öndər xalqımızın ümummilli lideri H.Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Anım tədbirində Kollecin tələbələri Heydər Əliyevin keçdiyi həyat yolu haqqında ətraflı məlumat verdilər, Ümummilli liderimizə həsr olunmuş şeirlər söylənildi və slayt nümayış etdirildi. Aparıcılar Ulu öndərin keçdiyi keşməkeşli həyat yolundan danışaraq tələbələrə geniş məlumat verdikdən sonra H.Əliyevin müdrik kəlamları bir neçə tələbənin ifasında səsləndirildi. Kollecin müəlliməsi Sevinc Aslanova ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü:
“Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq ikinci dövr üçün dövlətimizin başçısı seçilmişdir və ulu öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.
Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Allah Rəhmət Etsin”!
Tədbirin sonunda Ulu öndərin ruhuna Quran ayələri və dualar oxundu.Umummilli lider H.Əliyevə həsr olinmuş sənədli filmdən bir parça izlədildikdən sonra bütün tələbələrin ifasında dövlət himnimizin oxunmasıyla tədbir yekunlaşdı.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2230