“Şəbnəm” qızlar İslam Kollecində tədbirlər keçirilmişdir

 
14.11.2018
Qafqaz Müsəlmanları İdarəsinin “Şəbnəm” qızlar İslam Kollecində 9 noyabr Dövlət Bayrağı günü və 12 noyabr Konstitusiya günü münasibəti ilə tədbirlər keçirilmişdir. Bayram günlərində keçirilən tədbirlərdə Azərbaycanın Himni səslənmiş,  bayrağımızın və Konstitusiyamızın yaranma tarixi, ideya müəllifləri barədə məlumatlar verilmışdir.
Tələbələrin xususi diqqət və marağına səbəb olan bu  tədbirlərdə cıxışlar səsləndi, Umummilli Lider Heydər Əiyevin Azərbaycan Konstitusiyası ilə əlaqədar çıxışının video çarxı nümayiş etdirildi. Tələbələrin ifasında dövlətçiliyimizə həsr olunmuş mahnı və şeirlər tədbirlərə xüsusi rəng qatdı. Tədbirlərin təşkilatçısı kollecin tarix müəllimi İlhamə Qurbanlı çıxışında dunya tarixindəki ilk konstitusiyalardan, onların mərhələli inkişafından danışaraq Azərbaycan Konstitusiyasının dünya standartlarına tam cavab verən bir qanun toplusu olduğunu qeyd etdi.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 225