Astanada dünya və ənənəvi dini liderlərin VI qurultayı çərçivəsində plenar iclaslar keçirilir

 
 
11.10.2018
Astanada “Dini liderlər təhlükəsiz dünya uğrunda” mövzusunda keçirilən dünya və ənənəvi dini liderlərin VI qurultayı işini plenar iclaslarla davam etdirir.
 
Plenar iclaslarda “Manifest” Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", “Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar”, "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə müzakirələr aparılır.
 
Dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirak etdiyi qurultayda Azərbaycanı MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
 
Əvvəlcə müxtəlif dinlərin nümayəndələri Astanada “Sülh Divarı” yanında birgə dua etdilər.
 
İclaslarda, həmçinin “geosiyasətdə dini faktor”, “dini və ənənəvi dinlərdə gələcək geosiyasət”, “din və siyasət: qarşılıqlı və davamlı əməkdaşlıq”, “dəyişən geosiyasətdə müasir dini liderlərin rolu” kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Qurultay çərçivəsində dünya və ənənəvi dini liderlərin VI qurultayının qətnaməsi qəbul edilib.
 
Astanada dini liderlərin konfessiyalar və sivilizasiyalar dialoquna dair Nazarbayev Mərkəzinin yaradılması qərara alınıb. Mərkəzin yaradılmasında məqsəd dini liderlərin əməkdaşlığını daha da fəallaşdırmaqdır.
 

Oxunub : 199