Şəbnəm İslam Kollecində“Kərbala faciəsi” haqqında tədbir keçirildi.

 
 
20.09.2018
 Şəbnəm (qızlar) İslam Kollecində tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilmiş “Məhərrəm ayı” və hicri 61 –ci ildən etibarən tarixmizə Hüzn günü kimi daxil olan “Kərbala faciəsi” haqqında tədbir keçirildi. Tədbirdə Hicri tarixinin ilk ayı olan Məhərrəm ayının fəziləti və Aşura günü haqqında məlumat verildikdən sonra, müsəlman aləminin sağalmaz yarası, şəhidlik zirvəsinin misilsiz nümunəsi Kərbəla Faciəsi və əhli beyt sevgisi haqqında çıxışlar və şeirler səsləndirildi,dini nəğmələr oxundu. Tədbirdə çıxış edən Kollecin müəllimi i.f.d.. Aslanova Sevinc çıxış edərək Kərbəla hadisəsi və bu hadisədən çıxarılan dərslər haqqında danışdı. Eyni zamanda Əhli Beyt sevgisinə toxunaraq Əhli Beytə olan məhəbbətin önəmindən bəhs etdi.
         Hazırlanan tədbir Kərbəla şəhidlərinin Ruhuna oxunan Qurani-Kərim surələri və dualarla  başa çatdı.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2780