Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib. (Foto və video)

 
 
20.09.2018
 
Sentyabrın 20-si Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib. Bununla əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir.
 
Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də bu aksiyaya qoşulublar.
 
 Aşura günü mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun və qanun çərçivəsində keçirilir.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1653