QMİ sədri Vatikana başsağlığı məktubu ünvanlayıb

 
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Dinlərarası Dialoq üzrə Pontifik şurasının prezidenti, kardinal Jan-Lui Toranın vəfatı ilə əlaqədar Vatikana başsağlığı məktubu ünvanlayıb.
Roma Papasının dövlət katibi Kardinal Piyetro Parolinin adına göndərilən məktubda QMİ sədri mərhum kardinal Toran ilə uzun illərdən bəri qarşılıqlı ehtiram və səmimi dostluq əlaqələrinin olduğunu vurğulamış, mərhumun dinlərarası dialoq, xüsusilə müsəlman-xristian dialoqu sahəsində böyük roluna toxunmuşdur. Şeyxülislam həzrətləri, Kardinal Toranın vəfatının sadəcə Roma Katolik Kilsəsi üçün deyil, bütün dindarlar üçün, hər sülhsevər və humanist insan üçün böyük itki olduğunu ifadə etmişdir.
Diplomatik, ictimai və dini dairələrdə katolik-müsəlman dinlərarası dialoqun lideri olaraq qəbul edilən Kardinal Toran dünən ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib. Müxtəlif dövrlərdə sabiq Roma Papaları II İoann Pavel, XVI Benedikt, habelə hal-hazırki Roma Papası Fransisk tərəfindən Müqəddəs Taxt-Tacda ən yüksək vəzifələrə gətirilən kardinal Jan-Lui Toran müsəlmanlarla dialoq sahəsində böyük səyləri, İslam dininə qarşı ehtiramı ilə tanınırdı.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1200