Şeyxüislam həzrətləri Vyanaya səfərə yola düşür

 
 
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri  4-iyul tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə yola düşəcək.
 
Səfərdə məqsəd iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 18-ci sessiyasında iştirak etməkdir.
 
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə həzrətləri qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 134