GÜRCÜSTAN SƏFİRİNİN VİDA ZİYARƏTİ

 
 
İyun ayının 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
 
Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında tarixən formalaşmış dostluq münasibətlərinin olduğunu, son illər həyata keçirilmiş mühüm iqtisadi layihələrin təkçə hər iki dövlət üçün deyil, eləcə də bütün region üçün əhəmiyyətini vurğuladılar.
 
T. Şaraşenidzenin Azərbaycanda səfir olaraq çalışdığı müddət ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi üçün səylarini yüksək dəyərləndirən QMİ sədri, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Öz növbəsində, cənab T.Şaraşenidze Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Pravoslav Kilsəsi arasındakı yaxın dostluq və nümunəvi həmrəylik əlaqələrini, xüsusilə Gürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə Şeyxülislam həzrətləri arasındakı uzun illərdən bəri mövcud olan qardaşlıq münasibətlərini qeyd edərək, belə bir əlaqələrin mövcud olmasında müstəsna rolu olan Şeyxülislam həzrətlərinə öz təşəkkürünü bildirdi.
Görüşün sonunda cənab Şaraşenidzeyə xatirə hədiyyəsi təqdim olundu.
 
    
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 113