Bayram namazının vaxtı ilə əlaqədar açıqlama

 
Bu il may ayının 17-də başlayan mübarək Ramazan ayı Allahın izni ilə iyunun 14-də başa çatacaq. Bayram namazı ölkənin bütün məscidlərində Şəvval ayının 1-də, yəni, iyun ayının 15-də qılınacaq.
Bakının “Təzəpir” məscidində bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə saat 09:00-da qıldıracaq.
Paytaxt məscidlərindən digəri - “Əjdərbəy” məscidində isə bayram namazı saat 08-00-da qılınacaq.
Allah Taala qarşıdan gələn bayramı Vətənimizə, xalqımıza sülh, əmin-amanlıq, xeyir-bərəkətlə bəxş etsin. Amin!
 
Qafqaz Müsəlmanları İdarəsi
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 6758