Bakı şəhəri Şəbnəm qızlar İslam Kollecində tədbir keçirilmişdir

  
   Bakı şəhəri Şəbnəm qızlar İslam Kollecində XIII məzuniyyət tədbiri keçirilmişdir. Məzunuyyət tədbirində iştirak edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər xanım Cavadlı Kollecin kollektivini, məzunları və tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin 95 illiyi dönəmində keçirilən bu tədbir böyük ictimai-mədəni əhəmiyyətə malikdir. AXC-nin dövlətimizin rəmzi olan bayrağında İslamın yaşıl rəngini ikinci dəfə Azərbaycanın müstəqilliyini bərpa edən Heydər Əliyev təsbitləmişdir. Məhz dövlətin dinimizə olan qayğısı sayəsində ölkəmizdə dini maarifləndirmə işi düzgün müstəvidə inkişaf etməyə başlamışdır. Q. Cavadlı qeyd etmişdir ki, XIII məzuniyyət tədbirində 87 tələbə məzun olmaqla, ümumilikdə 928 qız tələbəsi və hafizələr yetişdirən Şəbnəm Islam Kolleci bu tarixi uğurun canlı nümunəsidir.
    Tədbir "Keçmişdən gələn səsi dinlə" ədəbi-bədii müsamirəsi ilə davam etmiş, məclis iştirakçıları və valideynlər ürək sözləri ilə çıxış etmişlər.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 584