Qafqaz Müsəlmanları İdarəsində Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunmuş tədbir keçirilib

 
 
Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbər Əleyhissəlamın qızı Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunan tədbir keçirilib.
 
Tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
 
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək xanım Fatimeyi-Zəhranın Şəhadət gününə həsr edilən tədbirlərin ənənəvi xarakter aldığını bildirib. Hər il olduğu kimi bu il də xanımın Şəhadət günü qeyd olunur. Fatimeyi-Zəhra qısa və mənalı ömrü ilə bütün zəmanələrin möminlərinə, gələcək nəsillərə ibrətamiz irs qoyub. Fatimeyi-Zəhra müsəlmanlar üçün möminlik və səbir, habelə ən gözəl mənəvi keyfiyyətlərin mücəssəməsidir.
 
QMİ sədri vurğulayıb ki, bu gün ölkəmizdə dövlət-din münasibətləri, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir. Dindarlar da Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmləndirilməsi üçün çalışırlar.
 
Sonra QMİ sədrinin müavini Fuad Nurullayev çıxış edərək xanım Fatimeyi-Zəhranın həyat yoluna nəzər salıb.
 
İran İslam Respublikasının Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad bu tarixi günün əhəmiyyətindən danışıb.
 
 

Oxunub : 2056