Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyəyə səfərə yola düşür.

  
  Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyə Cümhuriyyətinə səfərə yola düşür.
 Səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
 QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində məruzə ilə çıxış edəcəkdir.
 Turkiyə hökumətinin himayəsi altında keçiriləcək Konfransda Turkiyə, İran, İraq, Fələstin, Hindistan, Malaziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1649