“Şəbnəm” qızlar İslam Kollecində İslam Peyğəmbəri həzrət Muhəmmədin (s) mövlud tədbiri keçirildi.

 
 
            Bakı “Şəbnəm” qızlar İslam Kollecində İslam Peyğəmbəri həzrət Muhəmmədin (s) mövluduna həsr olunmuş “Könüllərimizi ehya et” adlı mövlud tədbiri keçirildi.
            Tədbirdə çıxış edən Kollecin direktoru Gülnarə xanım Həşimova Peyğəmbər mövludunun mənəvi mahiyyətindən və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının milli-dini dəyərlərə qayğı və diqqətindən söz açdı. Qeyd edildi ki, Mövlud tədbiri xalqımızın mənəvi dünyasını zənginləşdirən, mədəniyyətimizin inkişafında mühüm yeri olan dəyərləri ehtiva edir.
            Tədbirdə Azərbaycanın mədəni sərvəti sayılan muğamın müşayiəti ilə milli ədəbiyyatımızın dahi şəxsiyyətlərinin – Seyid Yəhya Şirvani, Nizami Gəncəvi, Xaqani Şirvani, İmaməddin Nəsimi, Mir Həmzə Nigari və Hüseyn Cavidin Rəsulullaha həsr etdikləri şeirlər Kollec tələbələrinin ifasında təqdim edildi, səhnələşdirilmiş çıxışlar və dini nəqmələr səsləndirildi.
            Tədbirin sonunda Vətən və millət uğrunda şəhid olan 20 Yanvar, Qarabağ və Aprel mübarizlərinin müqəddəs xatirəsi dualarla anıldı. Qeyd edək ki, tədbirdə Aprel şəhidlərinin ailə üzvləri və yaxınları da iştirak edirdi.
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 3144