Haqqın Batil Üzərindəki Qələbəsi - Kərbala Faciəsi

 
 
 Bakı şəhəri Şəbnəm (qızlar) İslam Kollecində hər il olduğu kimi bu ildə Hicri təqviminin başlanğıcı, Məhərrəm ayı dönəmində geniş miqyaslı tədbir və seminarlar keçirilir.
Keçirilən tədbirlərdə Məhərrəm ayının fəziləti, İslam aləmində baş verən önəmli tarixi hadisələrə toxunmaqla bərabər, dünya müsəlmanlarını hər il dərin hüznə qərq edən, Peyğəmbər əmanəti olan Əhli Beytə vurulan amansız zərbə kimi tarixə düşən “Qanlı Kərbəla” hadisəsi də dərin kədərlə anıldı. Kərbəla hadisəsi haqqında tədbirin təşkilatçıları  geniş məlumat verilərək, Kərbəla hadisəsinin haqqın batil üzərində çaldığı qələbənin bariz nümunəsi olduğunu vurğuladılar.
Eyni zamanda Aşura günü ilə əlaqəli dini nəğmələr səsləndirildi, Əhli Beytə sevginin və hörmətin əhəmiyyətindən danışılaraq tələbələrə Əhli Beyt sevgisi aşılandı.
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 215