Heydər məscidində Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsinə vəhdət namazı qılındı

  
İyulun 15-də Bakıdakı Heydər məscidində ötən il Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısı alınarkən şəhid olmuş insanların xatirəsinə vəhdət namazı qılındı.
 
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın bütün məscidlərində türk dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsi yad olunur, ruhlarına dualar oxundu. Azərbaycanlı dindarlar qardaş ölkə xalqı ilə həmrəylik nümayiş etdirdilər.
 
 
 
 

Oxunub : 595