Azərbaycanlı hafizlər Türkiyədə keçirilən müsabiqədə iştirak ediblər

  
Ötən ay Türkiyədə 5-ci Beynəlxalq Hafizlik və Qurani-Kərimi gözəl oxuma yarışması keçirilib. Yarışmada ölkəmizi Tural Məmmədov və Ruslan Nəsirov təmsil ediblər. 62 ölkə nümayəndələrinin iştirak etdiyi yarışmada Hafizlik bölməsində Ruslan Nəsirov, Qurani-Kərimi gözəl oxuma bölməsində isə Şəki Mərkəzi Cümə Məscidinin Müəzzini Tural Məmmədov çıxış edib.
Yarışmanın nəticələrini elan etmək üçün Ankaranın Cumhuriyyət Külliyəsində may ayının 24-də Turkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Uğurlu çıxışlarına görə həmvətənlərimiz Türkiyə Diyanət İşləri Başqanı Prof. Dr. Mehmet Görməz tərəfindən şəhadətnamə ilə təltif olunublar.
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1799