Özbəkistan prezidenti QMİ sədrinə təbrik məktubu ünvanlayıb

  
 
Özbəkistan prezidenti Şavkat Mirziyoyev QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə Novruz bayramı münasibətilə  təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
 
 
“Möhtərəm Zati-Aliləri,
 
 
Təbiətin yenilənməsi və gözəl bahar müjdəçisi olan Novruz bayramı münasibəti ilə Sizə ən səmimi təbriklərimi və xoş arzulanmı gondərməkdən hədsiz məmnunluq duyuram.
 
Sülh və firavanlığı yaşadan, milli və ümümbəşəri dəyərləri ozündə təcəssüm etdirən bu bayram bizim olkəmizlə yanaşı bütün Mərkəzi Asiya yə ona yaxın bölgələrdə yaşayan milliyət təmsilçiləri üçün də dəyərli və əziz hesab olunur.
 
Bu əlamətdar gün dost xalqlanmzın qədim tarixini və zəngin mənəvi aləmini birləşdirərək millətlərarası dostluq münasibətlərinin, dini tolerantlığın, həmrəylik və qardaşlıq əlaqələrinin hərtərəfli möhkəmlənməsinə xidmət edir.
 
Fürsətdən istifadə edərək, bu mohtəşəm bayram günlərində Allah Təaladan Sizə uzun omür, mohkəm can sağlığı, faaliyyətinizdə uğurlar və sevinc, İslam ümməti həmrəyliyi istiqamətində gördüyünüz xeyirxah işlərinizdə yeni güc yə müvəffəqiyyətlər arzu edirəm.
 
 
 
Hörmətlə,
 
 
Savkat Mirziyoyev
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1188