Beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabanı ziyarət etdilər

  
Xəbər verdiyimiz kimi, bu gün Bakıda “İslam həmrəyliyi-zamanın çağırışı” adlı Beynəlxalq Konfrans keçirilir. “İslam Həmrəyliyi ili” çərçivəsində düzənlənən tədbirin təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.
 
Bu gün səhər beynəlxalq konfransın təşkilatçıları və tədbirdə iştrirak etmək üçün Azərbaycana gələn əcnəbi qonaqlar, eləcə də ölkəmizdəki müxtəlif dini konfessiyaların rəhbərləri Fəxri Xiyabanı ziyarət etdilər. Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad olundu, ruhuna dualar oxundu.
 
Konfrans iştirakçıları görkəmli akademik Zərifə Əliyevanın da məzarını ziyarət etdilər.
 
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1240