Rusiya Patrıarxı Şeyxülislama məktub ünvanlayıb.

 
 
 
Moskva və Bütün Rusiya Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: 
 
Əziz qardaşım!
 
2016-cı il dekabr ayının 26-da Qara dəniz üzərində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı məktubunuza və dilə gətirdiyiniz təskinlik sözlərinizə görə Sizə ürəkdən təşəkkür edirəm.
 
Bir-birini tanıdığımız uzun dövr ərzində mənə qarşı daim nümayiş etdirdiyiniz dəstəyinizi və xoş rəftarınızı yüksək qiymətləndirirəm.
 
Sizə möhkəm can sağlığı və əmin-amanlıq arzu edirəm.
 
Hörmətlə,
Moskva və Bütün Rusiya Patriarxı Kirill.

Oxunub : 1439