QMİ-nin Moskvadakı nümayəndəliyində Xocalı soyqırımının qurbanları anılıb

  
Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki nümayəndəliyində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. QMİ-nin Moskva nümayəndəliyinin rəhbəri Şafiq Pşixaçev çıxış edərək bildirib ki, tədbir Şeyxülislam Allahşükür Paşazadənin tapşırığı və dəstəyi ilə reallaşıb. Ş. Pşixaçev  Şeyxülislam həzrətlərinin salamlarını və xeyir-dualarını tədbir iştirakçılarına çatdırıb. Nümayəndəliyin rəhbəri 25 il öncə baş verən Xocalı faciəsi barədə mərasimə toplaşanlara məlumat verib, erməni ekstremistlərinin dinc əhaliyə qarşı törətdiyi anamsız vəhşiliyi soyqırımı kimi xarakterizə edib.   
Nümayəndəliyin rəhbərinin müavini Balabəy Balabəyov Azərbaycandakı din və konfessiya rəhbərlərinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı beynəlxalq təşkilatlara göndərdikləri müraciətin mətnini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Mərasimdə din xadimləri, diaspora fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasiminin çərçivəsində QMİ tərəfindən nəşr olunmuş kitabların sərgisi təşkil olunmuşdu.
Sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin adından ehsan verilib, Xocalı soyqırımının qurbanlarının ruhuna dualar oxunub.
 
 

Oxunub : 1555