Gürcüstan Patriarxı Şeyxülislama təbrik məktubu ünvanlayıb

  
Qafqaz Müsəlmanları İdarəsinə Bütün Gürcüstanın Patriarxı II İliyadan Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
“Əziz Şeyxülislam həzrətləri!
Yeni 2017-ci il bayramları münasibətilə Sizi ürəkdən təbrik edir, Uca Allahdan Sizə xeyir-dua, can sağlığı və uzun ömür arzu edirik. Allah Sizi ölkəniz və xalqınız üçün saxlasın!
Dua edirik ki, yeni il sülh, əminamanlıq və qarşılıqlı anlaşma ili olsun.
 
Sizi sevgi ilə bağrıma basıram
 
II İliya
Bütün Gürcüstanın Katolikos-Patriarxı
Mtsxeti və Tbilisi Axriyepiskopu
Pitsunda və Suxum-Abxaz Mitropoliti”

Oxunub : 1169