Patriarx Kirill Şeyxülislama təşəkkür edib

  
Qafqaz Müsəlmanları İdarəsinə Moskva və Bütün Rusiya Patriarxı Kirilldən Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
“Əziz qardaşım!
İsanın Miladı və Yeni il bayramları münasibətilə mənə göndərdiyiniz təbriklərinizə və xoş arzularınıza görə Sizə ürəkdən minnətdarlığımı bildirirəm.
Hər zaman vətəndaş həmrəyliyinə, xalqlar arasında möhkəm sülhün qurulmasına yönəldilmiş uzunillik əməkdaşlığımızdan səmimi məmnuniyyət duyuram. Sizin konstruktiv dinlərarası dialoquna verdiyiniz töhfəni yüksək qiymətləndirirəm.
Səmərəli əməkdaşlığımızın davam etməsini ümid edir, Sizə möhkəm can sağlığı, gumrahlıq və əminamanlıq arzu edirəm.
 
Hörmətlə,
 
Kirill
Moskva və Bütün Rusiya Patriarxı”

Oxunub : 926