Özbəkistan prezidenti Şeyxülislama təşəkkür məktubu ünvanlayıb

  
Özbəkistan Respublikasının yeni seçilmiş prezidenti cənab Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:
 
Hörmətli Şeyxülislam,
Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilməyim münasibətilə mənə ünvanladığınız səmimi təbriklərinizə və xoş arzularınıza görə Sizə ürəkdən minnətdaram.
 
Ölkəmizdə Sizi dinlərarası dialoqun möhkəmləndirilməsinə, İslam maarifçiliyi ideyalarının inkişafına böyük töhfə verən görkəmli din xadimi kimi tanıyırlar.
 
Sizin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri vəzifəsində uzun illər boyu apardığınız səmərəli fəaliyyətiniz böyük təqdirə layiqdir. Siz təkçə Azərbaycanda deyil, eləcə də ölkənizin xaricində haqlı nüfuza maliksiniz. Bizi xüsusilə məmnun edən odur ki, bu nüfuzu Siz, o cümlədən, Özbəkistanda əldə etdiyiniz bilik və təcrübənizlə qazanmısınız.
 
Mən tam əminəm ki, ənənəvi dostluq, açıqlıq, qarşılıqlı etimad, bir-birinin maraqlarını nəzərə almaq prinsipləri üzərində qurulan Özbəkistan-Azərbaycan əlaqələri bundan sonra da ölkələrimizin və xalqlarımızın naminə uğurla inkişaf edəcək.
 
Fürsətdən istifadə edərək, Sizə möhkəm can sağlığı, əminamanlıq və fəaliyyətinizdə uğurlar arzulayıram.
 
Hörmətlə,
 
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının
Seçilmiş Prezidenti

Oxunub : 2071