Bakı İslam Universitetində Həzrət Muhəmmədin (s) mövluduna həsr olunmuş tədbir keçirilib

  
Bakı İslam Universitetinin Tələbə Elmi Cəmiyyəti və universitet rəhbərliyinin təşkilatçılığı ilə əziz İslam Peyğəmbəri Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Muhəmmədin (s) mövluduna həsr olunmuş tədbir keçirilib. Tədbirdə BİU-nun professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbirin aparıcıları TEC-in üzvləri Bəşir Mansurov və Səbinə Kərimzadə giriş üçün sözü BİU-nun prorektoru Hacı Elçin Həsənliyə veriblər. Prorektor onaqları salamlayaraq tələbələri təbrik edib və həzrəti Rəsulallahı (s) tanımağın və sevməyin əhəmiyyətindən danışıb.
Universitetin gənc müəllimi, Heydər Məscidinin müəzzini Hacı Rza Rzayevin ifasında Qurani Kərimin tilavət olunub.
Sonra BİU-nun tələbələri Qorxmaz Paşayev, Elməddin Mirzəzadə və Əlmasğa Abdulovdan ibarət surud qrupunun ifasında ilahilər oxunub. Tələbələrinə dəstək olmaq üçün surud qupuna BİU-nun ictimai fənlər kafedrasının müdiri Hacı Elvin Talışınski və gənc müəllim Mirabbas Mirbağırovun qoşulması isə xüsusi maraq doğurub.
 
Tədbirdə BİU-nun tələbələri Nicat Hüseynov, Könül Quliyeva, Xədicə Ağayeva və Gülnarə Əsədullayeva İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) haqqında hazırlanan məruzələrlə çıxış ediblər.
 
Sonra BİU tərəfindən hazırlanan Allah Rəsulunun (s) həyatına həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Bundan başqa tədbirdə BİU-nun tələbələri Xeyransa Şahbazova, Lalə Baxşiyeva, Nərmin Əhədli, Mirsiruz Ağayev və Elgün Bağdadov söylədikləri gözəl şeirləri ilə Həzrət Rəsulallahı (s) mədh edib və tədbirə xüsusi bir rəng qatıblar. Tədbirin maraqlı tərəflərindən biri də BİU-nun tələbəsi, TEC-in üzvü Elgün Bağdadov ilə kafedra müdiri Hacı Elvin Talışınskinin ərəb dilində ilahi oxunması olub.
 
Sonda elmi müsabiqə keçirilib və qalib gələn tələbələrə dəyərli hədiyyələr təqdim olunub.
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1117