QMİ səlahiyyətli nümayəndəsinin elmi uğuru

 Qafqaz Müsəlmanları İdarəsinin  İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhərdəki “Cümə” məscidinin axundu  Hacı Surxay Məmmədli Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib.
 
Qeyd edək ki, Hacı Surxay dini maarifləndirmə ilə bağlı tez-tez mətbuatda, televiziyada çıxış edir. Onun  müxtəlif illərdə qələmə aldığı “İslamda əxlaq”, “Təsəvvüf”, “İslam maarifində dünyaya münasibət” kitabları oxucuların rəğbətini qazanıb.
 
Surxay Məmmədli 1968-ci ildə Masallı rayonunda anadan olub. Bakı İslam Universitetinin məzunudur.  Tələbəlik illərində ictimai fəaliyyətlə məşğul olub,  Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib. 1993-cü ildə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsindəki məscidə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiya Federasiyasınınn Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. İçərişəhər “Cümə” məscidi dini icmanın sədri və axundu, eyni zamanda QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi kimi 2004-cü ildən başlayaraq fəaliyyət göstərir.  

Oxunub : 774