İranın Ali Dini rəhbərindən təşəkkür məktubu

 
 Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin ünvanına İran İslam Respublikasından məktub gəlib. İranın Ali Dini rəhbəri Aparatının Beynəlxalq əlaqələr üzrə müavini Möhsün Quminin imzaladığı məktubda deyilir:
“Qafqaz Müsəlmanları İdarəsinin hörmətlin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri!
Müqəddəs Qurban bayramı münasibəti ilə İran İslam Respublikasının möhtərəm Ali Dini rəhbəri Ayatullahul-üzma Seyid Əli Xamineiyə göndərdiyiniz təbrik məktubu ünvanına çatdırılıb və minnətdarlıqla qarşılanıb.
Fürsətdən istifadə edərək, Allah-Təaladan cənabınıza günbəgün artan müvəffəqiyyətlər, böyük İslam ümmətinə, xüsusi ilə dost və qardaş ölkə olan Azərbaycan Respublikasının xalqına isə başucalığı və xoş günlər arzulayıram!” 

Oxunub : 2205