Şeyxülislam həzrətlərinin Çeçenistan Respublikası başçısının andiçmə mərasimindəki çıxışı

 
Oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Çeçenistan Respublikasında səfərdə olub. Nümayəndə heyəti yenidən Çeçenistan Respublikasının Başçısı seçilən Ramzan Kadırovun andiçmə mərasimində iştirak edib. Təntənəli tədbirdə çıxış edən Şeyxülislam həzrətləri Ramzan Kadırova təbriklərini çatdırıb.
Çıxışı diqqətinizə təqdim edirik:
 
Bağışlayan və rəhimli Allahın  adı ilə!
Hörmətli mərasim iştirakçıları!
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi, bu ali toplantıda iştirak etməyi özümə borc bilirəm.
 
Zati-aliləri, Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırova,  möhtərəm Rəyasət Heyətinə, bütün mərasim iştirakçılarına Uca Yaradının xeyir-duasını və hörmətlərimi yetirirəm.
 
Ramzan Əhmədoviç Kadırov üçün əlamətdar bir gündə- andiçmə mərasimi ilə əlaqədar  və ad günü münasibəti ilə qardaş Azərbaycan xalqının, onun rəhbəri-Zati-aliləri İlham Əliyevin salamlarını çatdırmaqdan qürur duyuram.
İcazə verin, bu təntənəli hadisə münasibəti ilə ürəkdən gələn sözlərimi ali diqqətinizə çatdırım.
 
Zati-aliləri, Rusiya Federasiyası Çeçenistan Respublikasının Başçısı Ramzan Əhmədoviç Kadırova!
Bağışlayan və rəhimli Allahın adı ilə!
Hörmətli Ramzan Əhmədoviç!
Sizi salamlayır və seçkilərdə qalib gələrək yenidən Çeçenistan Respublikasının Başçısı seçilməniz münasibəti ilə, həmçinin ad gününüzlə əlaqədər səmimi qəlbdən təbrik edirəm. Belə bir gözəl gündə daha böyük uğurlar qazanmağınızı Qadir Allahdan arzu edirəm. Qoy Allah çeçen xalqının daha xoş gələcəyi üçün Sizə həmişə yardımçı olsun.
Siz- Çeçenistan Respublikasının dirçəlməsinin əsasını qoyan atanız- unudulmaz Əhməd Hacının yolunu layiqincə davam etdirirsiniz. Bu da məni hədsiz sevindirir.   Hənm də ona görə sevinirəm ki, Rusiya Federasiyasının Çeçenistan Respublikası məhz Sizin rəhbərliyiniz altında uğurla inklişaf edir, sosial-iqtisadi sahədə, və milli-mənəvi dəyərlərin qorunmasında böyük naliyyətlərə nail olur.       
Təsadüfi deyil ki, Çeçenistan Respublikası Şimali Qafqazın dini və mənəvi mərkəzinə çevrilməkdədir. İnanıram ki, inşallah, Zati-alilərinizin rəhbərliyi ilə çeçen  xalqı daha böyük uğurlara çatacaq. Xalqın və federal hökumətin etimadını qazanmağınız, seçkilərdə əldə etdiyiniz zəfər qalibiyyəti buna əminlik yaradır.
Şəxsən mən və bütün Qafqaz müsəlmanları, o cümlədən, Azərbaycan xalqı fəxr edirik ki, unudulmza dostum Əhməd Hacının oğlu və layiqli davamçısı çeçen torpağında sülhün, həmrəyliyin əldə olunmasını, çeçen xalqının rifahını və xioşbəxtliyini özünün ali məqsədi hesab edir.
Allaha şükürlər olsun ki,  Rusiya Federasdiyası  Çeçenistan Respublikasının ərazisində sülh, sabitlik, əmin-amanlıq  hökm sürür. Əsl liderinin ətrafında daha sıx birləşən çeçen xalqı öz gələcəyini qurur. Heç bir qüvvə çeçen xalqını bu yoldan çəkindirə bilməz. Siz artıq Rusiya Federasiyası Çeçenistan Respublikasının siyasi və mənəvi dirçəlişinin simvoluna çevrilmisiniz.
Çox hörmətli Ramzan Əhmədoviç, bütün çeçen xalqı, onun dostları üçün bu fərəhli gündə Sizə tutduğunuz yolda daha böyük zirvələri fəth etməyi arzulayıram. Qoy Qadir Allah yardımçınız olsun! Amin!
 
Dərin hörmətlə:
                              Şeyxülislam
                               Allahşükür Paşazadə

Oxunub : 1618