Dağıstan Respublikasının Başçısı Şeyxülislam Həzrətlərinə təbrik məktubu göndərib.

 Dağıstan Respublikasının Başçısı Ramazan Abdulatipov Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə Qurban bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:
 
“Hörmətli Şeyxülislam Allahşükür Paşazadə!
 
Xahiş edirəm, bütün müsəlmanlar üçün müqəddəs olan Qurban bayramı münasibətilə təbriklərimi qəbul edin!
Mərhəmət və humanizm, mənəvi paklıq və möminlik rəmzi olan bu bayram insanlara dini dəyərlərə və ənənələrə hörmət aşılayır.
 Mən əminəm ki, nurlu Qurban bayramı Qafqazda sülh və istiqrarın qorunub saxlanmasına, xalqlarımızın mənəvi zənginliyinin daha da artmasına, dövlətlərimiz arasında əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.
Sizə möhkəm can sağlığı, əminamanlıq, nəcib və saleh əməllərinizdə uğurlar arzulayıram.


Hörmətlə,
 
Dağıstan Respublikasının Başçısı          
 
    R. Abdulatipov”

Oxunub : 1556