Səfirlə görüş

 Sentyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini səlahiyyət müddətinin başa çatması münasibəti ilə qəbul edib.
Şeyxülislam həzrətləri iki qardaş və qonşu ölkələr arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini bildirib, Möhsün Pakayinin səfir kimi bu sahədə xidmətlərini xüsusi qeyd edib.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu yaxınlarda ölkəmizdə rəsmi səfərdə olmasını, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşməsini, ikitərəfli sənədlər imzalamasını xatırladan QMİ sədri belə səfərlərin əlaqələrimizin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.
Şeyxülislam həzrətləri təcrübəli diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Möhsün Pakayin Azərbaycanda çalışdığı müddətdə ona göstərdiyi diqqət və qayğıya görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlıq edib, xalqımızın qonaqpərvərliyini heç vaxt unutmayacağını deyib.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə İran İslam Respublikasının Ali Dini Rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad iştirak edib.

Oxunub : 1760