Pakistanın prezidenti Şeyxülislama təşəkkür məktubu göndərib.

 Pakistan İslam Respublikasının prezidendi cənab Məmnun Hüseyndən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir: Hörmətli Şeyxülislam Həzrətləri, Müqəddəs Qurban bayramı münasibətilə mənə ünvanladığınız məktubunuzu böyük məmnuniyyətlə qəbul etdim. Mən də öz növbəmdə Sizin, ailənizin və bütün müsəlman ümmətinin inkişafı, səadəti və firavanlığı üçün dua edirəm. Sizə can sağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.

Oxunub : 1522