Şeyxülislam həzrətlərinin adından iftar verildi

 Bütün müsəlman dünyası müqəddəs Ramazan ayının ilk günlərini yaşayır. İyunun 7-də Ramazan ayının ilk günü Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin adından iftar verilib. Təzəpir məscid kompleksinin mərasim zalında açılan iftar süfrəsində 100-ə yaxın dindar iştirak edib.
İslam dininin güclənməsi yolunda, Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub.
Şeyxülislam həzrətlərinin adından verilən iftar süfrələri Ramazan ayının sonuna kimi davam edəcək.

Oxunub : 1192